Palliativ Yardım logo
Palliativ Yardım logo

10/07/2026

Palliativ tibbi yardım_2

news-header

Əsas faktlar 

5 avqust 2020-ci il

Mənbə: https://www.who.int/ru/news-room/fact-sheets/detail/palliative-care

Əlaqəli məqalələr

Palliativ tibbi yardım_2

Palliativ tibbi yardım_2

Əsas faktlar 

  • Palliativ tibbi yardım, istər fiziki, istər psixososial, istərsə də mənəvi olsun, həyat üçün təhlükə yaradan xəstəliklərlə bağlı problemlərlə qarşılaşan pasiyentlərin və onların ailələrinin həyat keyfiyyətini yüksəldir. Baxıcılıq edən şəxslərin də həyat keyfiyyəti yaxşılaşır.
  • Hesablamalara görə, hər il 40 milyon insanın palliativ tibbi yardıma ehtiyacı var; onların 78%-i aşağı və orta gəlirli ölkələrdə yaşayır.
  • Hazırda dünyada palliativ tibbi yardıma ehtiyacı olan insanların yalnız təxminən 14%-i bu yardımı alır
  • Morfin və digər əsas nəzarət olunan palliativ preparatlara qarşı həddindən artıq normativ məhdudiyyətlər insanları müvafiq ağrıkəsicilərdən və palliativ tibbi yardımdan məhrum edir.
  • Yardım növünün əlçatanlığını yaxşılaşdırmaq üçün ən qısa zamanda milli miqyasda müvafiq siyasi tədbirlər, proqramlar, resurslar və səhiyyə işçilərinin palliativ yardım sahəsində hazırlanması zəruridir
  • Qeyri-infeksion xəstəliklərin artan yükü, əhalinin qocalması və bəzi infeksion xəstəliklər səbəbindən palliativ tibbi yardıma qlobal tələbat gələcəkdə də artacaqdır.
  • Palliativ tibbi yardımın vaxtında göstərilməsi hospital yardımı və səhiyyə xidmətlərinə əsassız müraciətlərin sayını azaltmağa imkan verir.
  • Palliativ yardım anlayışı geniş spektrli xidmətləri əhatə edir və bura həkimlər, tibb bacıları, köməkçi xidmət işçiləri, feldşerlər, əczaçılar, fizioterapevtlər və könüllülər də daxil olmaqla bütöv bir mütəxəssislər qrupu tərəfindən göstərilən xidmətlər daxildir.
  • Onların hər birinin iştirakı pasiyentlərin və ailə üzvlərinin maraqlarının təmin edilməsi üçün vacibdir.

5 avqust 2020-ci il

Mənbə: https://www.who.int/ru/news-room/fact-sheets/detail/palliative-care

Uşaqlarda palliativ yardımın göstərilməsi üzrə standart

Uşaqlarda palliativ yardımın göstərilməsi üzrə standart

Uşaq ölümü cəmiyyət üçün ağır sınaqdır, uşaq itirmiş ailə üzvlərinə söyləmək üçün "dul qadın" və ya "yetim" sözlərinin analoqu yoxdur.
1-19 yaşlı  uşaqlar arasında ölümün əsas səbəbi xəsarət və bədbəxt hadisələrdir; yeniyetmələr arasında intihar halları baş verir. Bu yaş qrupunda ölümə səbəb olan müxtəlif xəstəliklər arasında onkoloji xəstəliklər əksəriyyət təşkil edir.

Pediatrik palliativ yardımın tərifi

ÜST uşaq palliativ yardımının tərifini aşağıdakı kimi verir:

  • Uşaqlar üçün palliativ yardım uşağın bədəni, beyni və ruhu üzərində fəal ümumi nəzarətdir, həmçinin uşağın ailə üzvlərinə yardımı nəzərdə tutur;
  • Palliativ yardım xəstəliyin diaqnozunun aşkarlandığı zamandan başlayır və uşağın müvafiq müalicə alıb-almamasından asılı olmayaraq davam edir;
  • Tibb işçiləri uşağın fiziki, psixoloji və sosial stresini qiymətləndirməli və azaldılmasında kömək etməlidirlər;
  • Effektli palliativ yardım həmçinin xəstə uşağın ailəsinə yardım göstərən və mövcud ictimai resurslardan istifadə edən geniş çoxsahəli yanaşma tələb edir;
  • Palliativ yardım həm tibbi müəssisələrdə, həm də uşaqların evlərində göstərilə bilər.

Məhdud həyat fəaliyyətini proqnozlaşdıran xəstəlik, ölümün gözlənildiyi xəstəlik, məsələn, (Duşen əzələ distrofiyası) kimi müəyyən edilir.

Sağalmaz xəstəlik – o deməkdir ki, ölümün yetkinlik yaşına çatmamış baş verməsi ehtimalı böyükdür, lakin bu cür xəstəliyi olan şəxsin yetkinlik yaşına qədər yaşaması da mümkündür. Belə xəstəlik, məsələn, onkoloji xəstəlik üzrə müalicə alan və ya ağır bədən xəsarətindən sonra intensiv müalicə alan uşaqlarda rast gəlinir.

"Terminal (ölümcül) xəstəlik" termininin istifadəsi çox zaman ziddiyyətli ola bilər. Bu söz daha tez-tez ölümün qaçılmaz olduğu, sağalmaz xəstəliyi olan uşaqların təsviri üçün istifadə olunur. Bəzi ekspertlər bu termindən yalnız ölüm prosesində olan uşaqların təsviri üçün istifadə edir, çünki, fibroz və batten xəstəliyi olan uşaqları ölümcül xəstə hesab etmək çətindir.

Palliativ yardıma ehtiyacı olan uşaqlar  

Bu uşaqları 4 kateqoriyaya bölmək olar:

  • Həyatı təhlükə altında olan uşaqlar, məsələn, müalicə ələçatımlı olduqda, lakin eyni zamanda xəstəliyin proqnozu özlüyündə xoşagəlməzdir və ya müalicə ilə yanaşı palliativ yardıma çatım da lazım ola bilər.
  • Ölümün yetkinlik yaşına çatmamış qaçılmaz olduğu, ömrün uzadılması və normal həyat üçün imkan yaratmaq məqsədi ilə intensiv müalicənin təmin olunduğu xəstə uşaqlar. Bunlara misal fibrozlu uşaqlardır.
  • Inkişaf edən, lakin müalicə tələb etməyən xəstəlikləri olan uşaqlar, bu zaman yardım - müstəsna olaraq palliativdir və adətən bir neçə il davam edir, məsələn, batten xəstəliyi və ya əzələ distrofiyası.
  • Sağalması mümkün olmayan, lakin inkişafda olmayan xəstəliklərdən əziyyət çəkən uşaqlar, bu xəstəliklər ağırlaşmalara və cinsi yetkinlik yaşına çatmazdan əvvəl ölümə və tibbi yardımda ciddi problemlərə səbəb olur. Nümunələr: beyin iflici və beyin və ya onurğa iflici nəticəsində baş verən müxtəlif növ əlillik.

Uşaqlara palliativ yardım göstərilməsi işinin xüsusiyyətləri

    • Uşaqlara və böyüklərə göstərilən palliativ yardım arasında aşağıdakı fərqlər mövcuddur:
    • Uşaqların və böyüklərin ölümünün epidemiologiyası fərqlidir; uşaq ölümü anadangəlmə anomaliya və bir çox nadir genetik sindromlarla şərtləndirilə bilər.
    • Şəxsiyyətlərarası münasibətlər: ailə, eləcə də professional.
    • Xüsusiyyətlərin çoxu yaşla şərtləndirilir, çünki, yaş ünsiyyət prosesinə, xəstəlik və ölümün qavranılmasına, bu barədə fikirlərə təsir edir.
    • Çoxlu hüquqi və etik məsələlər var, bu uşaqların asılı şəxslər olması faktı ilə şərtləndirilir.
    • Ağrı və digər sindromların, eləcə də müxtəlif yaşlı xəstə uşaqlar arasında həyat keyfiyyətinin düzgün qiymətləndirilməsinə imkan verən kifayət qədər metodlar hələ də yoxdur.
    • Simptomatik terapiya planlarının effektivliyini qiymətləndirmək çətindir.
    • Məktəb və cəmiyyət arasında qarşılıqlı əlaqə məsələləri var.
    • Uşaq itirmiş ailənin yas içində olması, dərd-acı çəkməsində fərqlər var.
    • Bir çox anadangəlmə xəstəlik və sindromların (metabolik pozğunluq, mukovisidoz, trisomiya, əzələ distrofiyası və s.) diaqnozlarının özündə mənfi proqnoz var.
    • Bu uşaqlar tibbi müalicəni çox almalarından asılı olmayaraq, anadangəlmə xəstəlik və ya sindrom diaqnozunun qoyulduğu andan bütün qısa ömürləri ərzində tam palliativ yardım almalıdır. Bu hallarda palliativ yardımın məqsədi həyat keyfiyyətinin maksimum yaxşılaşdırılmasıdır.
    • Bir çox nadir anadangəlmə xəstəlik və ya sindromlar öz proqnozlarının qeyri-müəyyənliyi və nəticədə, ömrün uzadılması və ölüm vaxtının qeyri-müəyyənliyi ilə səciyyələnir. Çox zaman psixoloji inkişafında kəskin ləngimə olan uşaqlar kifayət qədər tibbi yardımın olmaması ucbatından "qəflətən" sətəlcəmdən ölürlər. Buna görə də, palliativ yardım anadangəlmə xəstəliyin və ya sindromun diaqnozu anından göstərilməli və tam həcmdə həyata keçirilməlidir. Yalnız o zaman “qəfil” ölümdən heç bir itki olmayacaq.
    •  
  • Mənbə: https://saglamusaq.az/site/article/387
Xəstəxanalarda palliativ yardım şöbələri

Xəstəxanalarda palliativ yardım şöbələri

Xəstəxanalarda palliativ yardım şöbələri ağır, sağlamlıq durumu dəstəkverici müalicə tələb edən bütün böyüklərə və uşaqlara, eləcə də, onların ailələrinə xəstəlik dövründə və xəstənin ölümündən sonra psixo-sosial dəstək, tibbi və sosial yardımın yaxşılaşdırılması məqsədilə yaradılır.

Palliativ yardım şöbələrinin kənd ərazilərində rayon xəstəxanalarının, çoxsahəli və ixtisaslaşmış şəhər xəstəxanalarının (psixatriya, vərəm, onkoloji və s.) bazasında yaradılması müvafiq hesab edilir. Rayon xəstəxanalarının bazasında qocalar evləri (xroniki xəstəlikləri olan adamlara və qocalara tibbi yardım göstərilən yer) və hospislərin təşkili zamanı tibbi ambulator şöbəni saxlamaq və rayon əhalisinə tibbi yardımın göstərilməsi üçün funksiyalar təyin etmək nəzərdə tutulur.   

Xəstəxanalarda palliativ yardım şöbəsinin potensialı ölkədəki mövcud şərait və ehtiyaclar baxımından ictimai səhiyyə orqanları tərəfindən müəyyən edilir.

Palliativ yardım şöbəsinin maliyyələşdirilməsi və maddi-texniki təminatı qaydası sözügedən ərazidə ictimai səhiyyəyə tətbiq edilən xidmət mexanizmi ilə müəyyən edilir. 

İctimai səhiyyə və sosial təminat üzrə büdcə orqanlarından əlavə, maliyyə mənbələri tibbi və tibbi-sosial xidmətlərin təminatından əldə edilən vəsaitlər, xeyriyyə fondlarının vəsaitləri, ictimai, xeyriyyə və dini təşkilatlardan  verilən könüllü ianələr ola bilər.

Palliativ yardım şöbələrində xəstələrlə məsləhətlər üçün psixoterapevtlər və nitq mütəxəssisləri müqavilə əsasında dəvət edilə bilər. Palliativ yardım şöbələrində xəstələrin müalicəsi prosesinə ictimai dini təşkilatların, xeyriyyə cəmiyyətlərinin və assosiasiyalarının üzvləri müəyyən olunmuş qaydada cəlb oluna bilər.

Palliativ yardım şöbəsinin vəzifələri aşağıdakılardır:

  • əlacsız xəstələr üçün tibbi və sosial xidmətlərin yeni şəkildə aparılmasının formalaşdırılması – xeyriyyə təbabəti
  • xəstəliyin son mərhələsində olan stasionar xəstələr üçün ixtisaslaşmış palliativ yardımın əlçatanlığının artırılması və onlara evdə tibbi xidmətin yaxşılaşdırılması
  • xəstəliyin son mərhələsində olan xəstələr üçün simptomatik müalicəsinin aparılması, xəstələrə psixoterapevtik dəstəyin istifadəsi ilə kompetent yardımın, qohumlarına psixoloji dəstəyin, ağır xəstəyə qulluq bacarıqlarının inkişafı üzrə qohumlarına təlimin təşkili
  • xəstəliyin son mərhələsində olan onkoloji xəstələrə palliativ yardımın, tibbi-sosial reabilitasiyanın, psixoloji dəstəyin və qohumlarına psixoloji dəstəyin təminatı
  • ağrı sindromunu və digər ağırlaşdırıcı simptomları azaltmaq
  • İV klinik qrupa aid olan sağalmaz onkoloji xəstələrə qulluq bacarıqları üzrə xəstənin qohumlarına təlim
  • Evlərdə və stasionar şöbələrdə xəstələrə pulsuz yardım göstərən könüllü köməkçilərin (könüllülərin) formalaşdırılması
  • Dövlətin, kommersiya, ictimai və dini təşkilatların son mərhələdə olan onkoloji xəstələrin problemlərinə cəlb edilməsi
  • Ölüm mərhələsində olan xəstələrin fiziki və psixoloji əzab-əziyyətinə insani münasibətin inkişafı üçün cəmiyyətin maarifləndirilməsi

Əsas vəzifələrə uyğun olaraq palliativ yardım şöbəsi aşağıdakıları həyata keçirir:

  • xəstəliyin profilinə və vəziyyətin ciddiliyinə, ağırlığına uyğun olaraq xəstələrin və qocaların qəbulu, yerləşdirilməsi;
  • Xəstələr üçün ixtisaslaşmış tibbi yardım;
  • Xəstələr üçün sosial xidmətlər;
  • Tibbi təyinatların (reseptlər) və prosedurların vaxtında həyata keçirilməsi;
  • İş terapiyası elementləri ilə xəstələrin tibbi reabilitasiyası;
  • Xəstələrin sağlamlıq durumu üzərində dinamik müşahidə;
  • Xəstələrin səhiyyə müəssisəsi tərəfindən müəyyən edildiyi kimi vaxtında buraxılması;
  • Qocalar evlərinə qoca və tənha vətəndaşların yerləşdirilməsi.

Palliativ yardım şöbəsi aşağıdakıları təmin edir:

  • ilkin təcili yardım və təcili xidmət;
  • ağırlaşmış xroniki xəstəlikləri olan və ya sağlamlıq durumu pisləşmiş xəstələrin müvafiq müalicə-profilaktika müəssisələrinə vaxtında yerləşdirilməsi;
  • sağlamlıq durumundan asılı olaraq xəstəxana xəstələrinin müntəzəm tibbi yoxlamaları;
  • tibbi tövsiyələr barədə xroniki xəstələrə məsləhət dəstəyi;
  • psixoloji dəstək və adekvat simptomatik terapiyası;
  • pəhriz də daxil olmaqla, tibbi tövsiyələrə uyğun qidalanma.

Xəstələrə stasionar şöbələrdə palliativ yardım göstərilməsi üçün müvafiqlik göstəriciləri:

  • tibbi: kliniki aydın ağrı sindromu; simptomların artması, xəstənin evdə müalicəsi mümkün olmayan ağırlaşmış vəziyyəti (astsit- hidroperitonea, yüksək qızdırma və s.);
  • sosial-məişət: evdə müvafiq yardım və müalicənin təmin edilməsi üçün şəraitin olmaması; evdə ağır onkoloji xəstənin olması və s. ilə bağlı psixoloji narahatlıq vəziyyəti.

Ümumi xəstəxananın palliativ yardım şöbələrində tibbi yardım almağa müvafiq olmayan göstəricilər:

  • kəskin yoluxucu xəstəlik;
  • ruhi xəstəlik

Aşağıdakı fəaliyyət prinsipləri palliativ yardım şöbəsi tərəfindən qəbul edilir və ciddi şəkildə həyata keçirilir:

  • pulsuz palliativ yardımın göstərilməsi;
  • xəstəxanada və evdə ümumi və müxtəlif cəhətlərdən ələçatımlıq;
  • xəstələrin və qohumlarının iztirablarına insani münasibət göstərilməsi;
  • ölümün sürətləndirilməməsi, ancaq xəstənin təbii ölümünə də müdaxilə edilməməsi;
  • xəstə və qohumlarına qeyri-real vədlər verilməməsi;
  • xəstənin fiziki, psixoloji, mənəvi və dini ehtiyaclarının tam ödənilməsi (mümkün qədər);
  • stasionar xəstələr üçün maksimum evə oxşar şəraitin yaradılması;
  • komanda daxilində işləmək: şöbə müdiri, həkim, psixoloq, tibb bacısı, kiçik tibb bacısı, sosial işçi, könüllü, xəstə və onun ailəsi və dostları.

 

Palliativ yardım şöbəsinin bir qayda olaraq, 30-dan çox olmayan stasionar xəstə çarpayısı və səyyar komandası vardır. Palliativ yardım şöbəsi tək adamlıq otaqların (daha çətin, ağır xəstələr üçün) və işıq siqnalizasiyası ilə təchiz edilmiş 4 çarpayılıq bölmələrin kombinasiyasından, ailə üzvlərinin xəstənin otağından kənarda istirahət edə/qala bilməsi üçün  ailə otağı, sarğı otağı, müalicə kabineti, izolyatoru, şöbə müdirinin kabineti, həkimlər üçün vestibül, baş və kiçik tibb bacısı, təsərrüfat bacısı kabineti, yeməkxana, tibbi personal üçün istirahət otağı, hamam və sanitar otağı, duş, ayaqyolu və evlərə başçəkmələr həyata keçirən heyət üçün ofisdən ibarətdir. Xəstənin ölümünə yaxın zamanda ailənin xəstənin otağında yatması üçün istifadə edilə bilən kreslolar-stullar və ya ensiz çarpayılar ilə xəstə otaqlarının təchiz edilməsi nəzərdə tutulur. Kliniki-diaqnostik prosesin optimallaşdırılması üçün palliativ yardım şöbəsi xəstəxananın əsas kliniki, diaqnostik və maddi-texniki imkanlarından istifadə edə bilər.

Beynəlxalq təcrübəni nəzərə alaraq, 25 ÇARPAYILIQ palliativ yardım şöbəsinin təxmini personalı (ştat cədvəli) aşağıda təqdim olunur.

  • Şöbə müdiri - 1,0.
  • Baş tibb bacısı - 1,0.
  • Şöbə və müalicə otağının tibb bacısı - 6,0.
  • Tibb bacısı-massajist - 1,0.
  • Müalicəvi gimnastika üzrə təlimatçı - 1,0.
  • Psixoloq
  • Kiçik tibb bacıları (yuyunduranlar) – 10
  • Təsərrüfat bacısı

Mənbə: https://saglamusaq.az/site/article/384 1.